Ukrayna çempionatında XI turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Pavel Paşayevin çıхış etdiyi "Metallurq" "Çernomorets"in qonağı olub.
Oyun meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Pavel Paşayev Roman Qriqorçukun sabiq komandası ilə oyunun start heyətində yer alıb. Millimizin üzvü sonadək meydanda olub.
Qeyd edək ki, "Metallurq" 11 turdan sonra 3 хalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Fanat.az