Qarayevin səhhəti pisləşdi, millimiz türk məşqçiyə tapşırıldı

Qarayevin səhhəti pisləşdi, millimiz türk məşqçiyə tapşırıldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin düşərgəsində ab-hava yüksək formadadı. Fanat.az apasport.az-a istinadən xəbər verir ki, Anverpendə Avropa çempionatının ilk turu çərçivəsində bu gün Türkiyə ilə qarşılaşacaq komandamızda zədə ilə bağlı hansısa çətinlik yaşanmayacaq.

 

Belə ki, bu günə kimi oynaması sual altında olan Valeriya Məmmədova (Korotenko) “ay- ulduzlular”a qarşı matçda ilk dəqiqələrdən meydanda olacaq. Həkimlər zədəsini tam sağaldan Korotenkonun oynamasına icazə veriblər. Həmçinin bir qədər öncə əməliyyat olunan Odina Bayramova və Kseniya Poznyak da ilk “6-lıq”da oyuna girəcək. Halbuki son günə qədər onların da əvəzetmələrlə meydana daxil olacaqları gözlənilirdi. Amma saat 23:30-da start götürəcək matçda komandamızı meydana Faiq Qarayev çıxara bilməyəcək. Buna təcrübəli mütəxəssisin səhhətindəki problem səbəb olub. Komandamızı oyuna artıq Belçikada olan “Azərreyl”in türkiyəli baş məşqçisi Bülənt Karslıoğlunun çıxaracağı gözlənilir. Oyunun taktikasını Faiq Qarayev quracaq, Karslıoğlu isə Qarayevin həyəcan keçirməməsi üçün meydanda onun tapşırıqlarını icra edəcək. F. Qarayev də öz növbəsində meydandan kənarda oyunun gedişinə uyğun olaraq, tapşırıqlarını verəcək.

 

Qeyd edək ki, komandamızın düşərgəsində ab-hava yüksək səviyyədə olduğu üçün əsas məqsəd Türkiyədən Avropa Oyunlarındakı məğlubiyyətlərin qisasını almağa hesablanıb. Voleybolçularımız bunu bacaraqlarına inanırlar. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər