AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Bolqarıstanla qarşılaşacaq. Fanat.az-ın Sofiyaya ezam olunmuş əmədakışı xəbər verir ki, millimizin sabahkı qarşılaşmaya hansı start heyəti ilə çıxacağı oynacağı bəlli olub.
Robert Prosineçki İtaliya ilə oyunla müqayisədə 3 dəyişiklik edib. Qırmızı vərəqə alan Bədavi Hüseynovun əvəzində Ruslan Abışov start heyətində yer alıb. Eddi İsrafilovla Arif Daşdəmirovun əvəzində isə Məhəmməd Mirzəbəyovla Elnur Cəfərov ilk dəqiqələrdən meydanda olacaq.
Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Dmitri Nazarov, Ruslan Qurbanov, Elnur Cəfərov.
Fanat.az