Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev ölkənin Milli Olimpiya Komitəsinin sədri seçilib. Fanat.az xəbər verir ki, bu barədə Qazaxıstan Boks Federasiyasının saytında məlumat yerləşdirilib.
“Yekdil səslə Qazaxıstan Boks Federasiyasının sədri Timur Kulibayev Milli Olimpiya Komitəsinə sədr seçildi” deyə sayt yazıb.
Timur Kulibayev Nursultan Nazarbayevin ortancıl qızı Dinaranın həyat yoldaşıdı. Kulibayev həm də “Kazenergy” assosasiyasına və Qazaxıstan sahibkarlarının Milli Palatasına sədrlik edir.
Fanat.az