Pərviz Abdullayev rəqibini nokauta saldı

Pərviz Abdullayev rəqibini nokauta saldı

Kikboksinq yarışlarında Azərbaycanı və “Qəbələ” İdman Klubunu təmsil edən Pərviz Abdullayev növbəti döyüşünü keçirib. Fanat.az xəbər verir ki, idmançımız İtaliyanın Verona şəhərində reytinq xarakterli “Kunlun Fight Series” turnirinin döyüşləri çərçivəsində rinqə çıxıb. 

O, 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popesku ilə üz-üzə gəlib. Abdullayev bu döyüşdə inamlı qələbə qazanıb. Təmsilçimiz 2 dəqiqəyə rəqibini nokauta göndərməyi bacarıb. 

Kikboksinq üzrə beşqat dünya çempionu olan Abdullayev keçirdiyi 41-ci döyüşündə 38-ci dəfə qalib gəlib. O, bunların 13-də rəqibini nokautla məğlub etdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər