Pavel Paşayev kubokda uduzdu

Pavel Paşayev kubokda uduzdu
Ukrayna Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Metallurq" kubokdakı ilk sınağına çıxıb.
Zaporojye klubu səfərdə "Ternopol"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləcə, "Metallurq" mübarizəni elə startdaca dayandırmalı olub.
Qeyd edək ki, Paşayev bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 29-cu dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər