PAOK əzmkar qələbə qazandı

PAOK əzmkar qələbə qazandı
Yunanıstan çempionatında V turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK "Atromitos"in qonağı olub.
Oyun "Qəbələ"nin rəqibinin 2:1 hesablı əzmkar qələbəsi ilə bitib. PAOK 63-cü dəqiqədə hesabda geri düşüb. Amma 72-ci dəqiqədə Dimitar Berbatov, 90-cı dəqiqədə isə Robert Mak fərqlənərək komandaya qələbə qazandırıb.
Qeyd edək ki, PAOK 5 turdan sonra 10 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər