Oyunu zamanı stadion çökdü

Oyunu zamanı stadion çökdü

Türkiyədə futbol oyunu keçirilən zaman stadion çöküb. Fanat.az xəbər verir ki, hadisə Aydın şəhərinin ​"​Adnan Menderes" stadionunda baş verib. 

Adnan Menderes Universitetinin balansında olan meydançada fakültələr arasında oyun baş tutub. Trübunanın çökməsi nəticəsində azarkeşlər 2 metr yüksəklikdən aşağı düşüblər. Təxminən 300 nəfərin izlədiyi matçın 65-ci dəqiqəsində baş verən hadisə nəticəsində 9 nəfər yüngül yaralanıb. 

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralılardan birinin vəziyyəti orta-ağırdır. Emre Candan adlı tələbənin sağlamlıq vəziyyəti digərlərinə nisbətən daha ciddidir. Son məlumatlara görə,digər yaralılar ilkin tibbi yardımdan sonra təxliyyə ediliblər.//anspress

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər