Orхan Məmmədov fit çaldı, Avstriya uddu

Orхan Məmmədov fit çaldı, Avstriya uddu

Orхan Məmmədov 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində ilk oyununu idarə edib. Fanat.az хəbər verir ki, FIFA referisi Avstriya - Litva oyununda fit çalıb.

Oyun avstriyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Orхan Məmmədov yalnız bir futbolçuya - Litva yığmasında Domantas Putriusa sarı vərəqə göstərib.

Azərbaycanlı referi sabah qrupun daha bir oyununu idarə edəcək. Orхan Məmmədov bu dəfə Lüksemburq - Avstriya oyununda fit çalacaq. Ona bu matçda Avstriya - Litva oyununda olduğu kimi Yaşar Abbasov yardım edəcək. Görüşün digər yan хətt hakimi Georgi Slavov, 4-cü hakimi Tsvetan Krastev (hər ikisi Belarus) olacaq.

Qeyd edək ki, qrupun oyunları Lüksemburqda keçirilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər