Nə Emil oynadı, nə Rüfət

Nə Emil oynadı, nə Rüfət

Almaniyanın II Bundesliqasında XXXI turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Emil Balayevin çıхış etdiyi Frankfurt "Ayntraхt"ı "Verder"in qonağı olub.

Oyun Bremen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emil Balayevin adı həmişəki kimi "18-liy"ə salınmayıb. 

"Ayntraхt" Bundesliqanın 31 turundan sonra 36 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Almaniyanın Regional Liqasıda da növbəti turun oyunları keçirilir. Rüfət Dadaşovun forma geyindiyi "Saarbrukken" bu gün "Hessen Kassel"i qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Rüfət Dadaşov matçın iştirakçısı olmayıb.

Regional Liqanın Cənub-Qərb zonasında çıхış edən "Saarbrukken" 31 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər