Nə Emil, nə Emin, nə də Eddi

Nə Emil, nə Emin, nə də Eddi
Almaniya Bundesliqasında IV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Şalke" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib. "Ayntraxt" hazırda 8 xalla 12-ci pillədə qərarlaşıb.
İspaniya La Liqasında da V turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Levante" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu dəfə heç-heçəyə imza atıb - 2:2. İsrafilov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib. "Eybar" hazırda 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
İsveç çempionatında isə XXV turun oyunları keçirilib. Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Nurinin komandası "Kalmar" da növbəti matçına çıxıb.
Komanda doğma meydanda "Halmstad"la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Kalmar"ın əsas heyət oyunçularından olan Eminin adı son iki turda olduğu kimi, bu matçın da iştirak ərizəsində yer almayıb. "Kalmar" hazırda 27 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər