İspaniya La Liqasında 35-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Eddi İsrafilovun çıxış etdiyi "Qranada" "Xetafe"nin qonağı olub.
Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Eddi isə zədə səbəbindən bu görüşdə forma geyməyib. "Qranada" 35 turdan sonra 28 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Xorvatiya çempionatında 32-ci turun oyunları keçirilib. Ruslan Qurbanovun forma geyindiyi "Hayduk" "Zadar"ın qonağı olub. Matç Split təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qurbanov bu görüşün iştirakçısı olmayıb. "Hayduk" hazırda 43 fxalla 3-cü pillədə qərarlaşıb.
Portuqaliyanın ikinci liqasında isə 42-ci turun oyunları keçirilib. Amit Quluzadənin çıхış etdiyi "Atletiko" "Santa Klara"nın qonağı olub. Görüş "Atletiko"nun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Amit bu qarşılaşmanın iştirakçıları sırasında yer almayıb. "Atletiko" 39 fxalla 22-ci pillədə qərarlaşıb.
Fanat.az