Nazir öz uniformasını götürdü- FOTOLAR

Nazir öz uniformasını götürdü- FOTOLAR

Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov və BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Birinci Avropa Oyunları üçün öz uniformalarını və akreditasiya kartlarını götürüblər. 

Fanat.az-ın məlumatına görə, uniformalar, Oyunların uniforma təchizatçısı “Giltex” şirkəti tərəfindən istehsal olunur. “Giltex” şirkəti, Bakı 2015 üçün ümumilikdə 110 000 ədəd olmaqla, 7 növdə uniforma istehsal edəcək. 

Alov Qoruyanlar da daxil olmaqla BAOƏK-nin bütün işçi heyəti, növbəti həftələr ərzində Avropa Oyunları zamanı geyinmək üçün öz uniformalarını əldə edə biləcəklər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər