Nazir millimizə görə fit çaldı - VİDEO

Nazir millimizə görə fit çaldı - VİDEO
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçını bir sıra dövlət rəsmiləri də izləyib. 
Fanat.az supersport.az-a istinadən xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov da millimizə dəstək verənlər arasında olub. O, qarşılaşmanı rəsmilər üçün ayrılmış VİP lojadan izləyib. 
Yığmamızın qarşılaşmadan 1 xalla ayrılması digərləri kimi, Məmmədyarovu da sevindirib. Maraqlıdı ki, nazir heç-heçəni fit çalmaqla qeyd edib. 
Xatırladaq ki, oyunu izləyənlər arasında baş nazirin müavini Yaqub Eyyubov, AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, baş məşqçisi Qurban Qurbanov və başqa şəxslər olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər