Nazarov qol vurdu, komandası uddu - VİDEO

Nazarov qol vurdu, komandası uddu - VİDEO
Almaniyanın II Bundesliqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Kayzerslautern"i qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heytində yer alan Nazarov 45+1-ci dəqiqədə hesabı açıb. O, penaltini dəqiq yerinə yetirib. Millimizin üzvü 90+2-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsruher" 12 turdan sonra 15 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər