Almaniyanın II Bundesliqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Paderborn"un qonağı olub.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan millimizin üzvü fasilədə yapon Hiroki Yamadanı əvəzləyib.
Qeyd edək ki, 7 turda cəmi 6 хal toplayan "Karlsruher" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Fanat.az