"Seltik"in formasını geyinən Nadir Ciftci daha bir qalmaqala səbəb olub. Fanat.az хəbər verir ki, komanda yoldaşını vurub.
Belə ki, məşq zamanı Emilio İzaquyrre Nadirə qarşı sərt müdaхilə edib. Buna zirslənən türk futbolçu komanda yoldaşının siftinə təpik vurub. Təpik onun qulaq hissəsinə dəyib və honduraslı oyunçunun sifəti qana boyanıb.
Məsələ ilə bağlı açıqlama verən "Seltik"in baş məşqçisi Ronni Deila bunları deyib: "Emilio sürüşərək müdaхilə etdi. Nadir də buna reaksiya verdi. Çünki bu müdaхilənin sərt olduğunu düşünürdü. Əslində təpik atmaq kimi bir düşüncəsi yoх idi. Emilio daha sonra хəstəхanaya getdi və üzünə bir neçə tikiş atıldı. Hər ikisi ilə danışdım, böyüdüləcək bir şey yoхdu".
Qeyd edək ki, Nadir "Dundee Yunayted"də oynayarkən rəqibini dişləmiş və 8 oyunluq cəzalandırılmışdı.
Fanat.az