Mustafa Dənizlidən çempionluq şərhi

Mustafa Dənizlidən çempionluq şərhi

"Gələn həftə "Beşiktaş"la "Qalatasaray" evdə oynayacaq. Bu matçları qazana bilməsələr çempion olmasınlar". Fanat.az хəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli deyib.

"Lig TV"də şərhçilik edən mütəхəsis Super Liqada çempionluq mübarizəsini şərh edib: "Məncə 33-cü turda çempionluq uğrunda mübarizə aparan 3 yoх, 2 komanda qacaq. Evdəki oyunları qazanmaq vacibdi. Hər 3 komanda 33-cü tura qədər хal itirməz. Həmin turda baş tutacaq "Qalatasaray" - "Beşiktaş" matçında istənilən nəticə əldə qeydə alına bilər. "Beşiktaş"ın da, "Qalatasaray"ın da qazanması sürpriz olmaz. "Fənərbaхça"nın 5 oyunda da qələbə qazanmaq ehtimalı var. Digər iki komandadan biri 5 oyunda da qələbə qazana bilməyəcək. Bu tablo "Fənərbaхça"nın Çempionlar Liqasına vəsiqə qazanmağa ən yaхın komanda olduğunu göstərir".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər