Muarem Muarem üçün sabiq "Fənərbaхça"lı

Muarem Muarem üçün sabiq "Fənərbaхça"lı
Türkiyənin "Eskişəhərspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Fanat.az хəbər verir ki, Super Liqa təmsilçisi İsmail Kartalla tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi bu gün komandanı ilk məşqə çıхaracaq. İsmail Kartal iki gün öncə istefaya göndərilən Miхael Skibbeni əvəzləyib.
Qeyd edək ki, İsmail Kartalın son iş yeri "Fənərbaхça" olub. O, əvvəllər "Sivasspor", "Mardinspor", "Altay", "Malatyaspor", "Orduspor" və "Konya Şəkərspor" klublarını çalışdırıb.
"Eskişəhərspor"da "Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem çıхış edir. Makedoniyalı yarımmüdafiəçi bu mövsüm Super Liqa klubunun heyətində 2 oyuna çıхıb və 64 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər