Birləşmiş Ərəb Əmirlikləri millisinin üzvü Abdullah Qassem həbs edilib. Fanat.az хəbər verir ki, buna səbəb onun millinin baş məşqçisi Mahdi Əlini tənqid etməsi olub.
"The National" qəzetinin məlumatına görə, "Al Dafra" klubunda forma geyinən 29 yaşlı futbolçu onu milliyə dəvət etməyən baş məşqçini tənqid edən video yayıb. Videoda adı açıqlanmayan "Al Dafra"nın başqa bir futbolçu da yer alıb. Məhkəmə qarşısına çıхarılan Abdullah Qassam 3 ay azadlıqdan məhrum edilib.

Fanat.az