Ufuk Budak Türkiyədə klubunu dəyişə bilər. Fanat.az хəbər verir ki, milli komandamızda 16 oyun keçirmiş futbolçu "Göztəpə"nin maraq dairəsinə düşüb.
PTT 1-ci liqa klubu bir müddətdi "Qarabağ"dan ayrılan Leroy Corcla hdanışıqlar aparırdı. Amma hollandiyalı futbolçunun transferi mümkün olmayıb.
Türk klubu indi də Ufuk Budakı hədəfxə alıb. Türkiyə mətbuatının məlumatına görə, "Qaziantep BB" ilə müqaviləsi bitən və hələ yeni anlaşma imzalamayan 25 yaşlı müdafiəçi artıq "Göztəpə" rəhbərliyi ilə razılığa gəlib. Rəsmi müqavilə yaхın günlərdə imzalana bilər.
Qeyd edək ki, Ufuk Budak Almanyanın "SSV Ulm", "Freyburq" (U-23) və "Eskişəhərspor" klublarında oynayıb.
Fanat.az