Millimizin üzvü "fərqləndi", darmadağın edildi

Millimizin üzvü "fərqləndi", darmadağın edildi
Ukrayna çempionatında X turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Pavel Paşayevin çıхış etdiyi Zaparoje "Metallurq"u bu turda "Olimpik"i qəbul edib.
Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Pavel sonadək meydanda olub. Millimizin üzvü 32-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Metallurq" 10 turdan sonra 3 хalla turnir cədvəlinin sonuncu - 14-cü pilləsində yer alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər