Millimizin üzvü Almaniyada əməliyyat olunacaq

Millimizin üzvü Almaniyada əməliyyat olunacaq
Azərbaycan milli komandasının və Bakının "İnter" klubunun futbolçusu Rauf Əliyev Almaniyada əməliyyat olunacaq. Bu barədə "Report"a 26 yaşlı hücumçunun özü məlumat verib.
R.Əliyev bildirib ki, səfərin dəqiq tarixi yaxın günlərdə bilinəcək. Əməliyyat olunduqdan sonra onun bərpa müddətinə aydınlıq gələcək. 
Qeyd edək ki, Rauf Əliyev Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" ilə oyunun 76-cı dəqiqəsində zədələnərək əvəzlənib. İlkin müayinə nəticəsində onun xaçabənzər bağlarında qırıq aşkarlanıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər