Xorvatiya Futbol Federasiyasının İcraiyyə Komitəsi Niko Kovaçın qovulmasından sonra milli komandanın baş məşqçi vəzifəsinə təyinatı gerçəkləşdirib.
Qaynar.info yerli federasiyanın saytına istinadən xəbər verir ki, baş məşqçi postuna yekdilliklə Ante Çaçiçin namizədliyi irəli sürülüb və bu təyinat rəsmiləşdirilib.
61 yaşlı mütəxəssis ən azı 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının sonuna kimi komandanı çalışdıracaq. Onun köməkçiləri isə Yosip Şimuniç və Ante Mişe olacaq. Çaçiç bu gün Bolqarıstan və Malta ilə oyunlara namizədlərinin adlarını açıqlayacaq.
Qeyd edək ki, 1 həftə sonra 62 yaşını qeyd edəcək Ante Çaçiç Zaqreb Universitetinin "Bədən Tərbiyəsi" fakültəsini bitirib. Onun çalışdırdığı məşhur komandalar Zaqreb "Dinamo"su və Sloveniyanın "Maribor" klubu olub. Millidə isə Xorvatiya U-21-də və Liviya yığmasında köməkçi məşqçi kimi işləyib. Onun çalışdırdığı sonuncu klub Zaqreb "Lokomotiva"sı olub.
Fanat.az