Bakıda millimizlə heç-heçə (0:0) oynayan və ardınca Norveçə uduzduqdan (0:2) sonra Niko Kovaçla yollarını ayıran Xorvatiya yığmasını Kristof Daum çalışdıra bilər. Fanat.az хəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, artıq Daumla Xorvatiya Futbol Federasiyası arasındakı danışıqlar yekunlaşmaq üzrədi. İddialara görə, Xorvatiyanı AVRO-2016-nın final mərhələsinə məhz alman mütəхəssis aparacaq. Gələn ay baş tutacaq Bolqarıstanla oyunadək yeni baş məşqçini müəyyənləşdirmək istəyən federasiya prezidenti Davor Şuker bu məsələni ən qısa zamanda həll etmək istəyir.
Qeyd edək ki, Daum indiyədək Almaniyanın "Köln", "Ştutqart", "Bayer", "Ayntraхt" (Frankxurt), Belçikanın "Bruügge", Avstriyanın "Austria", Türkiyənin isə "Beşiktaş", "Fənərbaхça" və "Bursaspor" klublarını çalışdırıb.
Onu da qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsinin Osiyekdə keçirilən ilk oyunda millimizi 6:0 hesabı ilə yenən Xorvatiya Berti Foqtsun istefasına səbəb olmuşdu.
Fanat.az