DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan İsrail yığması ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, sentyabrın 7-də komandamızı sınağa çəkəcək rəqib Rami Gerşonun xidmətindən məhrum olub.
Buna Belçikanın “Beveren” klubunda çıxış edən müdafiəçinin zədələnməsi səbəb olub. İsrail yığmasının əsas müdafiəçisi 3 həftəlik sıradan çıxıb.
Bu isə o deməkdir ki, Rami İsrail yığmasının qarşıdakı seçmə oyunlarını buraxmalı olacaq. Arxa xətt oyunçusu sentyabrın 7-də millimizlə, 10-da Rusiya ilə görüşdə meydana çıxa bilməyəcək.