Millimizin oyununu bu hakimlər idarə edəcək - FOTOLAR

Millimizin oyununu bu hakimlər idarə edəcək - FOTOLAR
17 yaşadək qızlardan ibarət millimiz Avropa çempionatınının ilkin seçmə mərhələsində Belçika, Çexiya və Gürcüstan milliləri ilə qarşılaşacaq. Bunun üçün sentyabrın 29-dan oktyabrın 4-dək Belçikanın Lyej və Eypen şəhərlərində 6-cı qrupun görüşləri keçiriləcək.
Fanat.az xəbər verir ki, artıq oyunun baş hakimləri də müəyyənləşib.
Sentyabrın 29-u Bakı vaxtı ilə saat 17:00-da (bundan sonra hamısı Bakı vaxtı ilə - red.) Lyejin Akademik Rober Lui-Dreyfus adına stadionunda keçiriləcək Çexiya - Azərbaycan matçını polşalı Eva Auqustin idarə edəcək.
Oktyabrın 1-də saat 23:00-da Eypenin 8400 tamaşaçı tutumuna malik "Kehrveq" stadionunda baş tutacaq Belçika - Azərbaycan matçında baş hakim uelsli Şarlotta Karpenter olacaq. Şarlotta oktyabrın 4-də saat 14:00-da start götürəcək Eypendəki Azərbaycan - Gürcüstan matçında da hakimlik edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər