Millimizin oyunlarının təqvimi müəyyənləşdi

Millimizin oyunlarının təqvimi müəyyənləşdi
17 yaşadək futbolçulardan ibarət milli komandamızın Bakıda keçiriləcək Avropa çempionatının qrup mərhələsindəki oyunlarının vaxtı bəlli olub. 
Fanat.az xəbər verir ki, Təbriz Həsənovun rəhbərlik etdiyi yığmamız ilk oyununu mayın 5-də Portuqaliya millisinə qarşı keçirəcək. 
Mayın 8-də Belçika yığması ilə qarşılaşacaq komandamız mayın 11-də Şotlandiya ilə üz-üzə gələcək. 
Xatırladaq ki, mayın 5-də start götürəcək Avropa çempionatı mayın 21-də başa çatacaq.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər