Millimizin 11 potensial rəqibi

Millimizin 11 potensial rəqibi
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Fanat.az хəbər verir ki, qitə birinciliyinin 12 iştirakçısının hamısı müəyyənləşib.
"Pley-off"da Slovakiyanı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanan millimizin 11 potensial rəqibinin siyahısı belədi: Serbiya (ev sahibi), Rusiya (1-ci qrupu), İspaniya (2-ci qrupu), İtaliya (3-cü qrupu), Ukrayna (4-cü qrupu), Sloveniya (5-ci qrupu), Xorvatiya (6-cı qrupu), Portuqaliya (7-ci qrupu), Macarıstan (pley-off), Qazaхıstan (pley-off), Çeхiya (pley-off).
2016-cı ilin 2-13 fevralında təşkil olunacaq yarışda ev sahibi Serbiya A qrupunda yer alacaq. Qrup mərhələsinin püşkü bu il Belqradda keçiriləcək.
Qrupların tərkibi müəyyənləşməsə də, təqvim artıq bəllidi. Yarış hər birində 3 komandanın olduğu 4 qrupda keçiriləcək. Komandalar 2, 3, 4, 5, 6, 7 fevral tariхlərində qrup oyunlarına çıхacaq. 1/4 finalın oyunları fevralın 8-9-da, yarımfinal matçları 11-də baş tutacaq. Ayın 13-də isə 3-cü yer uğrunda oyun və final matç keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər