Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Türkmənistan yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.
Fanat.az xəbər verir ki, "ABU Arena"da keçirilmiş qarşılaşma futzalçılarımızın qələbəsi ilə başa çatıb - 6:2. Millimizin qollarını Vitali Borisov, Rizvan Fərzəliyev, Ramiz Çovdarov, İsa Atayev, Amadeo Da Silva və Conatan Luis vurub.
Qeyd edək ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş yoldaşlıq oyunu millimizin 5:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Fanat.az