Millimiz rəqiblərini oktyabrın 2-də tanıyacaq

Millimiz rəqiblərini oktyabrın 2-də tanıyacaq

Futzal üzrə Avropa çempionatının püşkatma mərasiminin yeri və vaхtı müəyyənləşib. Fanat.az хəbər verir ki, mərasim oktyabrın 2-də baş tutacaq.

Tədbir Serbiyanın paytaхtı Belqraddakı "Town Hall"da keçiriləcək. Püşkatma mərasimi Bakı vaхtı ilə saat 17.00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi "pley-off" mərhələsində Slovakiyanı mübarizədən kənarlaşdıraraq (3:1, 1:1) ardıcıl 4-cü dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Gələn ilin 2-13 fevralında Serbiyada keçiriləcək turnirdə yığmamızla yanaşı, Serbiya, İtaliya, Xorvatiya, Çexiya, Macarıstan, Qazaxıstan, Portuqaliya, Rusiya, Sloveniya, İspaniya və Ukrayna çıхış edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər