Avropa çempionatına hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız yoxlama oyunu keçirib.
Fanat.az xəbər verir ki, qitə birinciliyinə Sloveniyada hazırlaşan komandamız Polşa yığması ilə qarşılaşıb. Görüş Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, voleybolçularımız ilk yoxlama oyununda Xorvatiya yığması ilə qarşılaşıb və 0:4 hesabı ilə məğlub olub. Hazırlıq prosesi çərçivəsində milli komandamız Sloveniya yığması ilə də yoxlama oyununda qüvvəsini sınayacaq.
Fanat.az