Millimiz Meksikaya yollandı

Millimiz Meksikaya yollandı
Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız Meksikaya təlim-məşq toplanışına yollanıb. Fanat.az xəbər verir ki, mayın 24-ə kimi davam edəcək hazırlıq prossesində seçməmizin bütün liderləri iştirak edəcək. 
Komandamızla yanaşı, Meksika, Panama eləcə də həmin bölgədə yerləşən digər ölkələrin də boksçularının toplanışda iştirakı gözlənilir. Millimiz Meksikaya baş məşqçi Pedro Rok, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinesin rəhbərliyi altında 17 idmançıyla yollanıb. 
İki dəfə dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, dünya çempionu Cavid Çələbiyev, Avropa çempionu, dünya çempionatının və olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov kimi yığmamızın liderləri hazırlıq prossesinə qatılıblar. WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparan Albert Səlimov, Pərviz Bağırov, Soltan Migitinov və Abdulqadir Abdullayev də milli komandanın heyətinə cəlb olunublar. 
49 kq: Salman Əlizadə, Rüfət Hüseynov
52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə 
56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev 
60 kq: Elvin İsayev, Albert Səlimov
64 kq: Lorenzo Sotomayor
69 kq: Tamerlan Abdullayev, Pərviz Bağırov 
75 kq: Kamran Şahsuvarlı, Xaybulla Musalov
81 kq: Soltan Migitinov
91 kq: Teymur Məmmədov, Abdulqadir Abdullayev 
+91 kq: Məhəmmədrəsul Məcidov 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər