Millimiz elit mərhələyə lider kimi getdi

Millimiz elit mərhələyə lider kimi getdi

19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Uelsın Flintşire şəhərində təşkil olunmuş Avropa çempionatının ilkin seçmə mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq elit mərhələyə vəsiqə qazanıb.

 

Fanat.az xəbər verir ki, yığmamız qrupdakı son oyununda Xorvatiya komandasını 2:1 hesabı ilə məğlub edib. Yığmamızın qollarını matçın 9-cu dəqiqəsində Nigar Cəlilli, 61-ci dəqiqədə isə Yaiza Relea vurub. Xorvatiya millisinin heyətində isə 11-ci dəqiqədə Puselj Drejka fərqlənib.

Qeyd edək ku, futbolçularımız ilkin seçmə mərhələnin ilk oyununda Uels yığmasına 4:1, Belçika komandasına isə 3:0 hesabı ilə qalib gəlmişdi.

№

Komanda

O

Q

H

M

T/F

X

1

Azərbaycan

3

3

0

0

9-2

9

2

Belçika

3

2

0

1

10-3

6

3

Xorvatiya

3

1

0

2

3-8

3

4

Uels

3

0

0

3

3-13

0

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər