17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində keçirdiyi ilk oyunda qələbə qazanıb. Fanat.az xəbər verir ki, Belarusla qarşılaşan yığmamız 3:1 hesabı ilə qalib gəlib.
Millimizin qollarını Pilağa Mehdiyev, Elçin Əsədov və Metin Güler vurub. Futbolçularımız turnirdə növbəti oyununu sabah - iyunun 23-də, Bakı vaxtı ilə saat 12.00-da, Rusiya-2 yığmasına qarşı keçirəcək.
Fanat.az