Bu gün futzal üzrə AVRO-2016-nın pley-off mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan millisi səfərdə meydana çıxıb.
Komandamız Trnavada Slovakiyanın qonağı olub. İlk oyunda 3:1 hesablı qələbə qazanan komandamız cavab matçında "sülh"ə razılaşıb. Hesabı 8-ci dəqiqədə Vitali Borisov açıb. Slovakiya ikinci yarıda bərabərliyi təmin etsə də, bunda artığına gücü çatmayıb. Bununla da komandamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi gələn ilin 2-13 fevralında Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək.
AVRO-2016
Pley-off
Cavab oyunu
22 sentyabr
Slovakiya - Azərbaycan 1:1
Qollar: Duşan Rafay, 25 - Vitali Borisov, 8.
Slovakiya: 1. Peter Brndiar, 5. Qabriel Rick, 9. Peter Kozar (k), 11. Matuş Kiyovski, 13. Anton Brunovski.
Ehtiyat oyunçular: 12. Erik Klema, 3. Duşan Rafay, 4. Adam Zdrahal, 8. Attila Fehervari, 10. Yuray Vişvader, 14. Marek Bahna, 15. Martin Doşa.
Baş məşqçi: Marian Berki.
Azərbaycan: 12. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 9. Auqusto, 10. Amadeu, 14. Vitali Borisov.
Ehtiyat oyunçular: 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 6. Eduardo, 11. Namiq Məmmədkərimov, 13. Sezar De Angelis, 15. Rafael, 16. Xətai Bağırov, 17. Osa Atayev.
Baş məşqçi: Faustino Perez.
Hakimlər: Timo Onatsu, Toni Lehtinen (Finlandiya).
Trnava. "Mestska Sportova Hala" stadionu.
Fanat.az