Millimiz AÇ-nin finalında

Millimiz AÇ-nin finalında

Binə Atçılıq Mərkəzində Polo üzrə Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gün 4-cü turun görüşləri keçirilib. 

Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada, yaşıl örtüklü meydanda baş tutub. İlk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxıb. Görüş millimizin 11:6 hesablı qələbəsi ilə başa çatıb. 

Ardınca İtaliya komandası Almaniya poloçuları ilə üz-üzə gəlib. Qarşılaşmada Almaniya təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb. 

4-cü turda keçirilən son oyunda meydana İrlandiya və İspaniya komandaları çıxıb. Bu dəfə sevinən tərəf İrlandiya millisi olub - 8:6. 

Beləliklə də 4 turdan sonra 100 faizlik nəticə göstərən Azərbaycan seçməsi ən pis halda ikinci yeri təmin edərək Avropa çempionatının final oyununa vəsiqə qazanıb. Sabah keçiriləcək sonuncu 5-ci turda komandamız İspaniya seçməsi ilə qarşılaşacaq. Oyun saat 18.00-da başlayacaq. Buna qədər isə saat 17.00-da meydana Almaniya və İsveçrə komandaları çıxacaq. Avropa çempionatının 5-ci turuna saat 19.15-də start götürəcək İtaliya - İrlandiya oyunu ilə yekun vurulacaq. 

Avropa çempionatının finalı sentyabrın 12-si, saat 20.30-da başlayacaq. Həlledici oyunda seçməmizin rəqibi, 5-ci turun nəticələrinə əsasən bilinəcək

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər