Millimiz 5 pillə irəlilədi

Millimiz 5 pillə irəlilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan yığması siyahıda irəliləyib.

Ötən ayla müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli 105-ci yerdə qərarlaşıb. Komandamızın aktivində 328 xall var.

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən Norveç və Malta irəliləyib. Şimallılar 35 pilləlik sıçrayışa nail olub. Xorvatiya, İtaliya və Bolqarıstan isə geriləyib.

 

16 (14). Xorvatiya – 965

17 (16). İtaliya – 962

34 (69). Norveç - 739

78 (68). Bolqarıstan - 414

157 (160). Malta – 164

 

DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında Almaniya, Çexiya, Norveç və Şimali İrlandiya irəliləyib. Yalnız San-Marino mövqeyini bir az da pisləşdirib.

 

2 (3). Almaniya – 1401

15 (20). Çexiya - 983

34 (69). Norveç - 739

35 (41). Şimali İrlandiya - 724

196 (193). San-Marino - 35

İlk “onluq”da da dəyişiklik diqqət çəkir. Almaniya 2-ci pilləyə qayıdıbsa, Portuqaliya 4-cü yeri ələ keçirib. İlk “onluğ”a qayıdan İspaniya Rumıniyanı buradan çıxarıb.

1 (1). Argentina – 1419

2 (3). Almaniya – 1401

3 (2). Belçika – 1387

4 (6). Portuqaliya – 1235

5 (4). Kolumbiya – 1228

6 (11). İspaniya - 1223

7 (5). Braziliya – 1204

8 (9). Uels - 1195

9 (8). Çili – 1177

10 (10). İngiltərə - 1161

 

Türkiyə yığması siyahıda hesabında olan 717 xalla 9 pillə irəliləyib. “Ay-ulduzlular” bu cədvəldə 37-ci pilləyə yüksəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər