Milli komandamız Meksikada

Milli komandamız Meksikada

Boks üzrə milli komandamız təlim-məşq toplanışı üçün Meksikaya yollanıb. Fanat.az xəbər verir ki, boksçularımız oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına Şimali Amerikada hazırlıq keçirlər. 

Rio de Janeyro Olimpiadasına lisenziya xarakterli yarışda komandamız tam heyətlə çıxış edəcək. Meksikadakı təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Lazaro Ximenes və Nəriman Abdullayevin rəhbərliyi altında 9 bokçumuz hazırlıq keçir. Seçmə komandamızın liderlərindən yalnız Məhəmmədrəsul Məcidov (+91 kq) zədə səbəbindən toplanışa yollanmayıb. Avropa Oyunlarında iştirak etməyən Cavid Çələbiyev (56 kq) bu dəfə heyətə daxil edilib. Bu yaxınlarda Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüfət Hüseynov da Meksikaya yollanıb. 

Komandamızın sentyabrın 5-ə kimi Meksikada qalması gözlənilir. Xatırladaq ki, boksçularımız Avropa Oyunlarından öncə də bu ölkədə toplanış keçiblər.

49 kq. Rüfət Hüseynov

52 kq. Elvin Məmişzadə 

56 kq. Cavid Çələbiyev 

60 kq. Albert Səlimov 

64 kq. Lorenzo Sotomayor

69 kq. Pərviz Bağırov 

75 kq. Xaybulla Musalov 

81 kq. Teymur Məmmədov 

91 kq. Abdulqadir Abdullayev

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər