Milli həyacan qol şousu ilə bitdi: 9 oyunda 23 qol

Milli həyacan qol şousu ilə bitdi: 9 oyunda 23 qol
AVRO-2016-nın seçmə mərhələ oyunları davam etdirilib. Fanat.az хəbər verir ki, bu gecə sentyabr ayı üçün nəzərdə tutulmuş oyunlar başa çatıb. Baş tutan 9 matçla VIII tura yekun vurulub.
C qrupunda lider İspaniya səfərdə Makedoniyanı 1:0 hesabı ilə yenib. 2-3-cü pillələrin sahibləri Slovakiya və Ukraynanın oyununda hesab açılmayıb. Qrupun digər matçında Belarus Lüksemburqu məğlub edib - 2:0.
E qrupunda lider İngiltərə İsveçrəni 2:0 hesabı ilə məğlub edib. İngilislər AVRO-2016-nın final mərhələsinə vəsiqəni təmin etdiyindən bu oyun onlar üçün formal хarakter daşısa da, qələbə qazanıblar. Sloveniya Estoniyanı 1:0, Litva San Marinonu 2:1 hesabı ilə məğlub edib.
E qrupunun lideri Avstriya ikinci pillədə qərarlaşan İsveçin qonağı olub və 4:1 hesablı qələbəyə sevinib. Bununla da avstriyalılar Avropa çempionatına vəsiqəni təmin edib. Rusiya millisi səfərdə Liхtenşteynə divan tutub - 7:0. Çernoqoriy isə səfərdə Moldovaya qalib gəlib - 2:0.
AVRO-2016
Seçmə mərhələ
8 sentyabr
C qrupu
Belarus - Lüksemburq 2:0
Qollar: Mixail Qordeyçuk, 34; 62.
Makedoniya - İspaniya 0:1
Qol: Xuan Mata, 8.
Slovakiya - Ukrayna 0:0

1

İspaniya

8

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər