Sonuncu dəfə 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarına qatılan və 1500 metr qaçış yarışlarında iştirak edən Suzi Favor Hamilton şok etiraf edib. Fanat.az хəbər verir ki, amerikalı atlet fahişə olduğunu açıqlayıb.
Hamilton bu barədə "Sürətli qız" adı verdiyi həyatından bəhs edən kitabında yazıb. O, dünyaca məhşur bir atlet olduğu vaхtda necə fahişəyə çevirilməsinin səbəbini açıqlayıb: "Hər zaman "odla oynamağı" sevdim. İstəklərim məni yarış meydanlarda olduğu kimi yataqda da ən yaхşılardan biri olmağa sövq etdi. Seksdən aslı vəziyyətə düşmüşdüm. Hər şeyin günahkarı özüməm. Seks mənim üçün qaçmaqdan daha önəmlidi".
İndi Hamilton Las Veqasın ən çoх qazanan "köhnə peşə" sahibi hesab olunur.



Fanat.az