Mən utanıram...

Mən utanıram...

Pərvin Kazımoğlu

Mən millət olaraq utanıram, ona görə ki, bu qədər aciz futbol federasiyam var...

Mən millət olaraq utanıram, ona görə ki, məni bu qədər alçaldırlar...

Mən millət olaraq utanıram, ona görə ki, mənim futbol federasiyamı Elxan məmmədovlar idarə edir...

Mən millət olaraq utanıram, ona görə ki, mənim yığmamı alverçilər çalışdırır...

Mən millət olaraq utanıram, ona görə ki, mənim yığmamda futbolçu yoxdu...

Mən millət olaraq utanıram, ona görə ki, mənim komandamın start heyətində cəmi 4 gerçək azərbaycanlı (?) var...

Mən millət olaraq həqiqətən fəxr etmək istyirdim ki, mənim komandam lap Ramin Musayevin dediyi kimi "kişi kimi" futbol oynasın...

Mən millət olaraq həqiqətən fəxr etmək istəyirdim ki, Azərbaycan adına əsl əzərbaycanlılar meydana çıxıb, bizim istədiyimiz kişiliyi ortaya qoyub, adam kimi mübarizə aparsın...

Mən millət olaraq həqiqətən fəxr etmək istyirdim ki, mənim komandam kişi kimi mübarizə aparıb, kişi kimi məğlub olsun...

Bir sözlə mən azərbaycanlı olmağımla fəxr etmək istəyirdim... Əsl azərbaycanlı, əsl kişi... Heyif bu haqqı da mən zavallı azərbaycanlıya tanımadılar...

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər