Məhəmməd Qurbanov: "Mən də istisna deyiləm"

Məhəmməd Qurbanov: "Mən də istisna deyiləm"
Avstriya hazırlığını davam etdirən "Neftçi" Məhəmməd Qurbanovun transferini açıqlayıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandamızın üzvü növbəti 2 ildə Bakı klubunda çıxış edəcək. Futbolçu "Neftçi"də 14 nömrəli formanı geyinəcək.
Qurbanov fikirlərini klubun rəsmi saytına bildirib: "Neftçi" Azərbaycanın ən köklü klubudu. Təbii ki, hər bir futbolçu iddialı komandada oynamaq istəyər. Mən də istisna deyiləm. Çalışacağam ki, "Neftçi"də özümü ən yaxşı tərəfdən göstərim. Bu milli komanda karyerama da müsbət təsir edəcək. Qarşıda bizi yoxlama oyunları və ən əsası Avropa Liqası turniri gözləyir. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə qarşıya qoyulan məqsədlərə çatacağıq".
Qeyd edək ki, Qurbanovun yığma komandadakı karyerası 2008-ci ildə başlayıb. Həmin ildə Azərbaycanın U-17 komandasına dəvət edilmiş futbolçu Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxıb. Sonralar U-19 və U-21 milli komandalarımıza çağırılmış futbolçu qitə miqyaslı yarışların iştirakçısı olub. Bu ildən isə Məhəmməd əsas milli komandaya dəvət edilib. Klub karyerasına Rusiyada başlamış Qurbanov "Rostov" və "Taqanroq" klublarının formasını geyinib. Ötən mövsüm isə futbolçu "Sumqayıt" klubunun heyətində meydana çıxıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər