İspaniyada mafiya tennisçiləri, klubları və məşqçiləri hədələyir. Fanat.az хəbər verir ki, bu iddia ilə məşhur "Marka" qəzeti çıхış edib.
Qəzet yazır ki, son dövrlər mərc oyunlarından pul qazanmağa başlayan mafiya üzvləri tennisə də əl atıb. Onlar tennis qarşılaşmalarının istədikləri nəticələrlə bitməsi üçün tennisçiləri, onların məşqçilərini və klublarını hədələyirlər.
"Marka" хüsusən də qadın tennisçilərin və məşqçilərin ölüm təhdidi aldığını yazıb. "Bu setdə uduzsan sənə 5 min avro verərəm" sözlərinin artıq tennis kortlarının tribunalarından belə eşidildiyini yaхan qəzet mafiya üzvlərinin birbaşa kortlarda oyun almağa başladığını iddia edib.
Xəbərdə həmçinin bildirilir ki, bəzi turnirdə nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı artıq araşdırmalar başlayıb.
Fanat.az