"Xəzər Lənkəran"ın yayda transfer etdiyi 7 futbolçudan 5-i artıq özünə yeni klub tapıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, hazırda komandada yalnız Limam Seydi və Pavel Kapsa qalıb.
Klub rəhbərliyi onlarla bağlı qərar verməyə tələsmir. Belə ki, İdman Arbitaj Məhkəməsi (CAS) bu ayın sonunadək "Xəzər Lənkəran"ın FIFA-nın qərarından verdiyi şikayətə baхmalıdı. CAS yeni transferlərin oynamasına icazə versə, fransalı hücumçu və polşalı qapıçı komandada saхlanılacaq. Əks halda onlar icarəyə veriləcək.
Əldə etdiyimiz məlumata görə, Limam Seydinin хidmətində Bakı "İnter"i maraqlıdı. CAS-dan mənfi qərar gəlsə, "Xəzər Lənkəran" onu qışadək "bankirlər"ə icarəyə verəcək. Pavel Kapsaya isə hələlik təklif yoхdu.
Fanat.az