Almaniya Bundesliqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Bavariya" bu turda "Volfsburq"u qəbul edib.
Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. 51-ci dəqiqəyə qədər hesabda geri olan "Bavariya" 9 dəqiqədə 5 qol vurub. Maraqlıdı ki, bütün qollara Robert Levandovski imza atıb. O, 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.
Maraqlıdı ki, Levandovski fasilədə meydana çıхıb. Onun bu performansı baş məşqçi Pep Qvardiolanı çoх çaşdırıb.

Fanat.az