Xorvatiya millisi başsız qaldı.
Sport7.az Reuters-ə istinadla xəbər verir ki, 43 yaşlı mütəxəssis bu gün Xorvatiya millisinin baş məşqçisi postundan uzaqlaşdırılıb. Xorvatlar qrupdakı əsas rəqiblləri Norveçə 0:2 hesabıyla uduzduqdan sonra 3-cü pilləyə enmiş və Avropa Çempionatının final mərhələsinə çıxmaq şansını xeyli pisləşdirmişdi. 8 oyundan sonra aktivində 15 xalı olan Xorvatiya millisi H qrupunda uzun müddət liderlik etsə də Azərbaycanla qolsuz bərabərlikdən və Norveçə uduzduqdan sonra öz vəziyyətini xeyli qəlizləşdirdi.
Xatırladaq ki, ötənlərin məşhur futbolçusu Niko Kovaç 2013-cü ilin oktyabrından Xorvatiya millisini çalışdırırdı.
Fanat.az