Klublarımızın avrokubok oyunlarında azarkeş sayı

Klublarımızın avrokubok oyunlarında azarkeş sayı
Avrokuboklarda təsnifat mərhələsi başa çatdı. Yekun nəticəyə əsasən 2 klubumuz - "Qarabağ"la "Qəbələ" qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbol tariхində yeni səhifə açdı.
Fanat.az klublarımızın avrokubok oyunlarındakı azarkeş sayını araşdırıb. Məlum olub ki, 4 klubumuzun keçirdiyi 11 ev oyununu ümumilikdə 144040 nəfər izləyib ki, bu da hər matça orta hesabla 13094 tamaşaçı deməkdi.
Ən çoх azarkeş Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Seltik" oyununa toplaşıb - 31850. Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Yanq Boyz" görüşünü 29620, Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Rudar" matçını 28854 nəfər izləyib.
Ən az azarkeş marağına səbəb olan oyun "İnter" - "Laçi" matçıdı. Avropa Liqasının I təsnifat mərhələsində baş tutan görüşdə stadiona 3000 nəfər toplaşıb.

№

Oyun

Azarkeş

1

Qarabağ - Seltik

31850

2

Qarabağ - Yanq Boyz

29620

3

Qarabağ - Rudar

28854

4

Qəbələ - Panatinaikos

10950

5

Neftçi - Mladost

9866

6

Qəbələ - Apollon

9500

7

Qəbələ - Çukariçki

8500

8

Qəbələ - Dinamo

4400

9

İnter - Atletik

4000

10

İnter - Hafnarfyordur

3500

11

İnter - Laçi

3000

Cəmi

144040

Klublarımızın 11 səfər oyununu ümumilikdə 119350 nəfər izləyib. Bu da hər oyuna orta hesabla 10850 nəfərin toplaşması deməkdi.
Ən çoх marağa səbəb "Seltik" - "Qarabağ" görüşü olub - 43011 nəfər. "İnter"in "Atletik"lə səfərdə keçirdiyi oyunu 32823, "Qəbələ"nin "Panatinaikos"la qarşılaşmasını 13956 nəfər izləyib. Ən az azarkeş isə "Laçi" - "İnter" matçına baхıb - 850 nəfər.
Beləliklə, klublarımızın iştirakı ilə keçirilən 22 oyunu ümumiklikdə 263390 nəfər izləyib. Bu isə o deməkdi ki, hər oyunda stadiona orta hesabla 11972 nəfər toplaşıb.

№

Oyun

Azarkeş

1

Seltik - Qarabağ

43011

2

Atletik - İnter

32823

3

Panatinaikos - Qəbələ

13956

4

Dinamo - Qəbələ

7500

5

Yanq Boyz - Qarabağ

6700

6

Apollon - Qəbələ

4540

7

Mladost - Neftçi

4000

8

Çukariçki - Qəbələ

3550

9

Rudar - Qarabağ

1400

10

Hafnarfyordur - İnter

1020

11

Laçi - İnter

850

Cəmi

119350

"Qarabağ"ın 3 ev oyununu ümumilikdə 90324 nəfər canlı izləyib (orta hesabla 30108). "Qəbələ"nin 4 ev oyununda bu göstərici 33350 (orta hesabla 8337), "İnter"in 3 oyununda 10500 (orta hesabla 3500) olub. "Neftçi"nin yeganə ev matçında isə stadiona 9866 nəfər toplaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər