Buna qədər futbolçulara, onları daşıyan avtobusa silahlı basqın olunurdusa, bu dəfə klub bazasına hücum edilib.
Sport7.az xəbər verir ki, hadisə Türkiyədə yaşanıb.
Qardaş ölkənin aşağı liqa təmsilçilərindən olan "Kartalspor"un bazasına günorta saatlarında silahdan atəş açılıb. Hadisə futbolçuların klub prezidenti ilə iclasdan çıxdığı vaxta təsadüf edib. Buna görə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Fanat.az