Klaudio Pizarro 3-cü dəfə "Verder"də

Klaudio Pizarro 3-cü dəfə "Verder"də

"Bavariya"nın müqaviləsini artırmadığı Klaudio Pizarronun yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, azad agent olan perulu forvard "Verder"ə keçib.

Bundesliqa klubu 36 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb. Bu gün tibbi müayinədən keçdikdən sonra onun təqdimat mərasimi keçiriləcək. O, "Verder"də 14 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Pizarronu Perunun "Alianza" klubundan Avropaya məhz "Verder" gətirib. 1999-cu ildə Bremen klubuna keçən forvard 2001-də "Bavariya"ya transfer olunub. 2008/09 mövsümündə "Çelsi" onu "Verder"ə icarəyə verib. 2009-cu ildə perulu futbolçunun transfer hüququnu alan Verder 2012-də onu yenidən "Bavariya"ya satıb. İndi isə Pizarro 3-cü dəfə "Verder"ə keçib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər